“Turan Tovuz”un azarkeşi vurmaq istəyən futbolçusu 2 oyunluq cəzalandırılıb

“Turan Tovuz”un azarkeşi vurmağa cəhd edən futbolçusu Veysəl Rzayev 1-i şərti olmaqla 2 oyunluq cəzalandırılıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Azərbaycan Premyer Liqasında 29-cu turun “Səbail” – “Turan Tovuz” oyunu bitdikdən sonra “Turan Tovuz” klubunun futbolçusu Veysəl Rzayev azarkeşi vurmağa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalandırılıb, “Turan Tovuz” klubu 2000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Premyer Liqada 29-cu turun “Sabah” – “Kəpəz” oyunu bitdikdən sonra “Kəpəz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Kəpəz” klubu 1500 manat cərimə edilib.

29-cu turun “Araz-Naxçıvan” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sumqayıt” klubu 1000 manat cərimə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button