“Turan Tovuz”un ayağı qırılmış legionerindən xəbər var
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Turan Tovuz” – “Sabah” oyununda ayağı qırılan və uğurlu əməliyyat keçirən moldovalı futbolçu Denis Marandiçinin bərpa prosesi davam edir.
Komanda.az xəbər verir ki, yaranan fasilədən istifadə edərək Tovuz klubunun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov Portuqaliyada müalicə olunan futbolçunu ziyarət edib.
Klub rəsmisinə futbolçunun müalicə və bərpa prosesi haqda ərtaflı məlumat verilib.
“Turan Tovuz”un açıqlamasında o da vurğulanıb ki, Denisin müalicə, reabilitasiya, bərpa və ən qısa müddətdə yaşıl meydanlara qayıtması üçün klub üzərinə düşən bütün öhdəliklər yerinə yetirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin