
“Turan Tovuz”un 40-cı məğlubiyyəti
“Turan Tovuz” Azərbaycan çempionatlarında 40-cı məğlubiyyətini alıb.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 40-cı yenilgi 106-cı matça təsadüf edib.
Qərb təmsilçisi Premyer Liqanın 34-cü turunda “Neftçi”yə 1:2 hesabı ilə uduzub. Evdə 21-ci dəfə uduzan Tovuz klubu səfərdə 19 məğlubiyyət alıb.
“Turan Tovuz” Premyer Liqada ilk dəfə 2022-ci il avqustun 8-də “Qəbələ”yə yenilib – 0:2.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



