“Sabah”dan qələbə, “Neftçi” MOİK-lə “sülh bağladı”

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Turan Tovuz” səfərdə “Qarabağ-2”, “Kəpəz” isə “Sumqayıt-2” üzərində qələbə qazanıb. “Qaradağ Lökbatan” da “Keşlə-2” ilə ev oyunundan məğlub ayrılıb.

Turun qalan iki oyunu bu gün keçirilib. “Sabah-2” “Zaqatala”nı məğlub edib. 4 qolun vurulduğu “Neftçi-2” – MOİK matçında isə qalib müəyyənləşməyib.

1-ci divizion, 3-cü tur

21 oktyabr

Qarabağ-2 – Turan Tovuz 0:2
Qol
: Elçin Qasımov, 64. Vidadi Cəfərov, 70.
Hakimlər: Namiq Bəkirov, Zöhrab Abbasov, Səbuhi Soltanov, Rauf Allahverdiyev.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 13:00.

Sumqayıt-2 – Kəpəz 0:1
Qol
: Nodar Məmmədov, 50-pen.
Hakimlər: Vüqar Həsənli, Elman Kərimov, Kərim Zeynalov, Kamranbəy Rəhimov.
“Kapital Bank Arena” (ehtiyat meydança), 13:00.

Qaradağ Lökbatan – Keşlə-2 0:1
Qol
: Samir Abdullayev, 8.
Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Rövşən Rəcəbov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

22 oktyabr

Sabah-2 – Zaqatala 2:0
Qol:
Fərid Kazımzadə, 74. Kamran Quliyev, 82.
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Fərid Hacıyev.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 13:00.

Neftçi-2 – MOİK 2:2
Qol:
Elton Əlibəyli, 45+3. Məhəmməd Məhərrəmov, 83 – Ülvi Əliyev, 3. Elvin Nəsibov, 64.
Qırmızı vərəqə: Seymur Əliyev, 45+1 (“Neftçi-2”) – Hikmət Verdiyev, 45+2. Xəyal Bədirov, 88 (MOİK).
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 14:00.