“Turan Tovuz”dan ilk yoxlama oyununda heç-heçə

Yeni mövsümə Türkiyədə hazırlaşan “Turan Tovuz” toplanış çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Kurban Berdıyevin komandası son mövsümü Türkiyə Super Liqasında keçirən “Pendikspor”la qarşılaşıb.

Oyun qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

“Turan Tovuz” iyulun 22-də Super Liqa təmsilçisi “Adana Dəmirspor”la, iyulun 25-də isə Türkiyə birinci liqa təmsilçisi “Kocaelispor”la üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button