“Turan Tovuz”dan ilk transferlər
Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Turan Tovuz” ilk transferlərini gerçəkləşdirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi qapıçı Kamal Bayramov və müdafiəçi Şəhriyar Əliyevi heyətinə qatıb.
Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Kamal Bayramovla Şəhriyar Əliyevin son klubu “Şamaxı” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin