
“Turan Tovuz”dan 2 legionerlə yeni müqavilə
“Turan Tovuz” klubu iki futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Klubdan Komanda.az-a verilən məlumata görə, gürcü müdafiəçi Piruzi Marakvelidze və albaniyalı hücumçu Belaydi Pusi ilə 1 illik yeni sözləşmə imzalanıb.
Hər iki oyunçu ötən ilin yayından “Turan Tovuz”un formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin