“Turan Tovuz”da yeni futbolçu

Azərbaycan Premyer Liqasının iştirakçısı “Turan Tovuz” növbəti transferini edib.

Komanda.az xəbər verir ki, Burkina Fasodan olan Ben Aziz Dao heyətə qatılıb.

23 yaşlı müdafiəçi ilə bir illik müqavilə bağlanıb. O, ölkəsində “Salitas”, “Santos”, “Duan”, Qanada “Akkra Layons”, Belarusda “Slutsk” və “Smorqon” komandalarında çıxış edib.

Dao Burkina Fasonun 20 yaşlılardan ibarət milli komandasının da şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button