
“Turan Tovuz”a qarşı oynamaq asan deyil” – Elvin Məmmədov
“Çempionatın ən təcrübəli məşqçisinə və ən ağır komandasına qarşı oynayırdıq. Durumun fərrqindəydik. Uşaqlar maksimumu etdilər. Onları təbrik edirəm”.
Komanda.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Elvin Məmmədov Azərbaycan Premyer Liqasının 29-cu turunun “Turan Tovuz”la oyunundan (0:0) sonra keçirilmiş mətbuat konfransında deyib.
O, daha sonra bunları söyləyib:
“Bu gün hər qazanılan xal bizim üçün nəticədir. Komandanı bu durumdan çıxarmaq üçün öz yolumuzdan əl çəkməyəcəyik. Çox istərdik ki, Süleyman Alluş bağışlanılsın. O, bizim futbolçumuzdur. Səhvinin fərqindədir. Zədəlilərimiz var. Əlimizdə olan futbolçuların hər birinə güvənirik.
Matça üç xal üçün çıxmışdıq. “Turan Tovuz”a qarşı oynamaq asan deyil. Onlar çox möhkəm komandadır. Standart vəziyyətlərdə ideal şeylər edirlər. Üç xal istəyirdik. Uduzmadıqsa, gözəldir”.
Bizi Facebook-da izləyin



