
“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda
Premyer Liqanın 17-ci turunun “Turan Tovuz” – “Zirə” oyununun biletləri satışa çıxarılıb.
Komanda.az xəbər verir ki, biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar.
2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Oyun 16 dekabr tarixində, saat 18:00-da Tovuz şəhər stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin