
“Turan Tovuz” – “Zirə” matçının biletləri satışa çıxarılıb
Azərbaycan Premyer Liqasının 25-ci turunun “Turan Tovuz” – “Zirə” oyununun biletləri satışa çıxarılıb.
Komanda.az xəbər verir ki, biletləri bu gündən etibarən stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə etmək olar. 2 AZN-lik biletlərlə yanaşı, məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Oyun 4 mart tarixində, saat 17:30-da Tovuz şəhər stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin