
“Turan Tovuz” Türkiyədə 2 yoxlama oyunu keçirəcək
“Turan Tovuz” qış təlim-məşq toplanışında Türkiyənin Antalya şəhərində 2 yoxlama oyunu keçirəcək.
Komanda.az xəbər verir ki, yanvarın 4-də qardaş ölkəyə yollanacaq bölgə təmsilçisi Kemer bölgəsində məskunlaşacaq.
Ayın 13-nə qədər hazırlığını davam etdirəcək Kurban Berdıyevin rəhbərlik etdiyi komanda burada 2 yoxlama matçında qüvvəsini sınayacaq. Rəqib komandaların kimliyi yaxın günlərdə dəqiqləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin