
“Turan Tovuz” topdaşıyanlara görə cərimə olundu
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Əvəzedicilər Liqasının 3-cü turunun “Sabah-2” – “Qarabağ-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilib.
“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” oyununda topdaşıyan uşaqların say limiti pozulduğuna görə “Turan Tovuz-2” komandası 200 manat cərimə edilib.
“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” görüşündə oyun günü planı pozulduğuna (PFL himni səslənmədiyinə) görə “Turan Tovuz-2” komandası 200 manat cərimə edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



