
“Turan Tovuz” Tacikistan millisinin qapıçısını transfer edib
“Turan Tovuz” heyətini Tacikistan millisinin qapıçısı ilə gücləndirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Oleq Baklovla 2 illik müqavilə imzalanıb.
Son olaraq UFA-da çıxış etmiş 201 sm boya malik 30 yaşlı əlcək sahibi Rusiyada “Sızran-2003”, “Krılya Sovetov”, “Ural” və “KamAZ” klublarının da formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin