“Turan Tovuz” “Sabah”dan ayrılan futbolçu ilə müqavilə bağladı

“Turan Tovuz” braziliyalı futbolçu Kristian da Silvanı transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı oyunçu ilə 1+1 illik müqavilə bağlanıb.

Son olaraq “Sabah”ın şərəfini qoruyan yarımmüdafiəçi karyerası ərzində Braziliyada “Tuna Luso”, “Qoiatuba”, “Anapolis”, Kiprdə APOEL, Rumıniyada ÇFR, Portuqaliyada “Nasional”, “Pasuş de Ferreyra”, “Feyrense”, “Kasa Pia”, “Koimbra” klublarının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button