“Neftçi”dən heç-heçə, “Sabah”dan darmadağın

Oktyabrın 17-də Azərbaycan Premyer Liqasında 8-ci tura start verilib.

Komanda.az xəbər verir ki, turun ilk oyunu Şamaxıda olub. “Şamaxı” doğma arenada autsayder “Kəpəz”i qəbul edib. Gəncə təmsilçisi bu matçda böyükhesablı qələbə qazanmaqla, mövsümdə ilk xallarını əldə edib.

Günün son matçında “Qarabağ” turnir cədvəlinin lideri “Turan Tovuz”la üz-üzə gəlib. Ağdam təmsilçisi bu matçdan əzmkar qələbə ilə ayrılıb.

Dünən daha iki oyun olub. Günün ilk matçında “İmişli” “Qəbələ” ilə görüşüb. Oyunda 4 qol vurulub, qalib müəyyənləşməyib.

“Sumqayıt” isə bu tur doğma meydanda “Karvan-Yevlax”la qarşılaşıb. Meydan sahibləri darmadağına seviniblər.

Turun qalan oyunları bu gün keçirilib. Günün ilk oyunu Masazırda təşkil edilib. “Sabah” doğma publika qarşısında “Zirə”ni sınağa çəkib və 3 cavabsız qola sevinib.

Tura “Neftçi” – “Araz-Naxçıvan” görüşü ilə yekun vurulub. Dörd qolluq bu görüşdə qalib müəyyənləşməyib.

Azərbaycan Premyer Liqası, 8-ci tur

17 oktyabr

Şamaxı – Kəpəz 1:4
Qol: Sezar Enrike, 11 – Fərid Nəbiyev, 34; 39. Luis Paçu, 67-pen; 85.
Qırmızı vərəqə: Abdullahi Şuaybu, 45+1 (“Şamaxı”)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Şamaxı şəhər stadionu, 14:30

Şamaxı: 1. Rikardo Fernandes (k) 80. Həbib İsmayılov 82. Rüfət Abbasov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 19. Abdullahi Şuaybu 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 5. Arsen Ağcabəyov 21. Bilal İsmayılov 27. Emil Süleymanov 97. Oruc Məmmədov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 24. Sənan Muradlı 6. Antonio Lara
Baş məşqçi: Ayxan Abbasov

Kəpəz: 1. Kaçper Rosa 27. Məqsəd İsayev 77. Fərid Nəbiyev 88. Şakir Seyidov 9. Luis Paçu 11. Vitor Feijao 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 10. Ryonosuke Ohori 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 5. Rauf Hüseynli 17. Ümid Səmədov 53. Şahmar Aşurov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 55. Kresus Donqo 6. Pedro Qomeş 
Baş məşqçi: Azər Bağırov

Turan Tovuz – Qarabağ 1:2
Qollar: Alexandro Serrano, 40-pen – Nəriman Axundzadə, 55. Abdullah Zubir, 63.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“Azersun Arena”, 19:00

Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 88. Faiq Hacıyev (k), 5. Roderik Miller, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 3. Enrike Silva, 99. İbrahima Vadji.
Baş məşqçi: Kurban Berdıyev.

Qarabağ: 99. Mateuş Koxalski, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borges, 3. Sami Mmae, 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 7. Nəriman Axundzadə, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

18 oktyabr

İmişli – Qəbələ 2:2
Qollar: Ronaldo, 74. Almeyda, 80 – Massumo, 43. Sanqare, 47.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Quba OİK stadionu, 14:30

İmişli: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 5. İdris İnqilablı 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 27. Lətif Rzayev 3. Tuncay Yusifli 17. Ezekiel Morqan
Baş məşqçi: Jorj Kaşkilya

Qəbələ: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 12. İbrahim Sanqare 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 14. Domi Massumo
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 25. Nicat Kərimov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 66. Nuğay Rəşidov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Tsxadadze

Sumqayıt – Karvan-Yevlax 4:1
Qollar: Ronaldo Vaskes, 12. Aleksandr Ramalinqom, 54-pen; 65-pen. Aleksa Yankoviç, 59 – Coy Sleyd Mikels, 43.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Əliyar Ağayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
M.H. adına Sumqayıt şəhər stadionu, 18:00

Sumqayıt: 1. Mehdi Cənnətov (k) 6. Rauf Rüstəmli 75. Nadir Orucov 19. Roi Kehat 9. Aleksandr Ramalinqom 14. Pedro Pinto 72. Rayan Senhadji 23. Ronaldo Vaskez 71. Masaki Murata 80. Keffel Resende 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 56. Aftandil Arixov 3. Höccət Haqverdi 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə 21. Nihad Əhmədzadə 66. Ruslan Əliyev 97. Vüsal Paşayev 10. Nikola Ninkoviç 25. Abdul Raşid Mumini
Baş məşqçi: Saşa İliç

Karvan-Yevlax: 1. Kamran İbrahimov 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 20. Coy Sleyd Mikels 2. Şakil Sno 19. Tompson Qavi 3. Said İranxan 8. Peter Kinqs 21. İmani Barker 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 7. Araz Abdullayev 32. Elvin Yunuszadə 18. Süleyman Əhmədov 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 12. Vitor Roşa 11. Kayl Spens 37. Mois Nqvisani 10. Samuel Durrant
Baş məşqçi: Azər Həşimov

19 oktyabr

Sabah – Zirə 3:0
Qollar
: Aaron Maluda, 42. Velko Simiç, 45+2; 75.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”, 16:00

Sabah: 92. Stas Pokatilov (k) 5. Rəhman Daşdəmirov 88. Xəyal Əliyev 21. Velko Simiç 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 33. Umarali Raxmonaliyev 19. Aron Maluda
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 10. Anatoli Nuriyev 8. Ayaz Quliyev 2. Amin Seydiyev 6. Abdulax Xaybulaev 40. İqor Noqeyra 70. Cesse Sekidika 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas

Zirə: 97. Tiaqo Silva 70. Namik Ələskərov 32. Qismət Alıyev (k) 21. Hacıağa Hacılı 26. Stefan Aka 4. Ruan Renato25. Enrike Kustodio 10. Giorgi Papunaşvili 93. Brahim Konate 11. Junior Martins 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 7. Rövlan Muradov 16. Fuad Bayramov 14. Elçin Əlicanov 48. Ramiz Muradov 43. Əhliman Süleymanzadə 28. Leroy Mikels 30. Rikardo Martins 5. Ange Mutsinzi 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Neftçi – Araz-Naxçıvan 2:2
Qollar: Bassala Sambu, 19. Emin Mahmudov, 55 – Ba-Muaka Simakala, 36; 47.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Palms Sports Arena”, 18:30

Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 77. Falaye Sako, 6. Sessi D Almeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 9. Bassala Sambu, 11. İmad Faraj, 10. Freddi Varqas, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 18. İfeanyi Metyu, 27. Kristian Kostin, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Samir Abasov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 17. İssuf Paro, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button