“Turan Tovuz” Kurban Berdıyevlə anlaşıb!
“Turan Tovuz”un yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, mövsüm başa çatınca Ayxan Abbasovla yolları ayıran Qərb təmsilçisi onun yerinə əcnəbi mütəxəssis gətirib.
Belə ki, bölgə komandasının türkmənistanlı mütəxəssis Kurban Berdıyevlə danışıqları müsbət yekunlaşıb. 71 yaşlı çalışdırıcı bu məqsədlə üç gün öncə Azərbaycana dəvət olunub. (Matc.az)
1986-cı ildə məşqçiliyə başlayan Berdıyev karyerası ərzində “Taraz”, “Gənclərbirliyi”, “Kayrat”, “Rubin”, “Rostov”, “Traktor”, “Soçi” klublarını, həmçinin Türkmənistan yığmasını çalışdırıb. Onun son iş yeri isə bu il ayrıldığı Mahaçqala “Dinamo”su olub.
Berdıyevin əsas uğurları “Rubin”lə bağlıdır.
O, Kazan klubunda 2 dəfə Rusiya Premyer Liqası və Rusiya superkubokunu, 1 dəfə isə Rusiya kubokunu qazanıb.
Berdıyev gələn həftə Bakıya gələcək və tərəflər rəsmi müqaviləyə imza atacaqlar.
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünü 6-cı pillədə başa çatdırıb.
Bizi Facebook-da izləyin