
“Turan Tovuz” “Kəpəz”i böyük hesabla məğlub etdi
Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümü öncəsi hazırlıqlarını davam etdirən “Turan Tovuz” və “Kəpəz” klubları yoxlama görüşündə üz-üzə gəliblər.
Komanda.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matç Tovuz təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv daha öncə yoxlama oyununda 2-ci Liqa təmsilçisi “Şəmkir”ə 13:0 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin