“Turan Tovuz” ispan futbolçu ilə müqavilə bağladı

“Turan Tovuz” növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, Tovuz klubu Aleks Serrano kimi tanınan Alexandro Qarsiya Serranonu heyətinə qatıb.

28 yaşlı ispan futbolçu ilə 1+1 illik rəsmi müqavilə bağlanıb.

“Sportinq Xixon”un yetirməsi olan yarımmüdafiəçi karyerası ərzində “Malyorka”, “Selta”, “Salamanka”, “Kornelya”, “Qurnik” (Polşa) klublarının formasını geyinib. O, son olaraq Bolqarıstan təmsilçisi “Hebar”ın şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button