Tovuzdakı futbol akademiyasının rəhbəri açıqlandı

Bu ilin yanvar ayında açılan “Turan Tovuz” futbol akademiyasına kimin rəhbərlik edəcəyi məlum olub.

Komanda.az xəbər verir ki, FİFA, UEFA və AFFA-dan ayrılan vəsait hesabına ərsəyə gətirilən akademiyaya Adil Şükürov rəhbər təyin olunub. Onunla iki illik müqavilə bağlanıb. Mütəxəssis mart ayının əvvəlindən yeni vəzifəsinin icrasına başlayacaq.

Adil Şükürov 2015/16 mövsümündə “Zirə”nin baş məşqçisi olub. O, “Bakı” futbol akademiyasında çalışarkən müxtəlif yaş qrupları arasında bürünc, gümüş və qızıl mükafatlar qazanıb. (Futbol+)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button