“Turan Tovuz” Diniyevin komandası ilə qarşılaşacaq

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Turan Tovuz”un yoxlama oyunlarındakı rəqiblərindən daha birinin adı məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komanda iyulun 19-da Türkiyənin 1-ci Liqa təmsilçisi “Çorum”la üz-üzə gələcək.

“Çorum”da Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button