“Turan Tovuz” daha bir legioner gətirdi
“Turan Tovuz” növbəti transferini rəsmiləşdirib.
Komanda.az xəbər verir ki, Tovuz təmsilçisi toqolu futbolçu Emmanuel Hakmanla 1+1 illik müqavilə bağlayıb.
Karyerası ərzində Portuqaliyada “Boavişta”, “Aveş”, “Portimonense”, “Jil Visente”nin formasını geyinən müdafiəçi son olaraq Serbiyada “Mladost”un şərəfini qoruyub.
Hakman Toqo millisinin heyətində 8 oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin