
“Turan Tovuz” bu gün Türkiyədə ilk yoxlama oyununa çıxacaq
“Turan Tovuz” bu gün Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, Kurban Berdıyevin komandası Türkiyə 1-ci liqa təmsilçisi “Çorum”la qarşılaşacaq. Oyun saat 18:00-da start götürəcək.
“Turan Tovuz”un Bolu toplanışı 6 avqustadək davam edəcək. Komanda Türkiyədə daha 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Hələlik bölgə təmsilçisi yalnız bir rəqibinin adını açıqlayıb. “Turan Tovuz” iyulun 29-da İran Pro Liqasının son çempionu “Traktor”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



