
“Turan Tovuz” bu gün Türkiyədə daha bir yoxlama oyunu keçirəcək
Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” növbəti yoxlama oyununu bu gün keçirəcək.
Komanda.az xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komanda Albaniya təmsilçisi “Flamurtari” ilə üz-üzə gələcək.
Qarşılaşma 18:00-da start götürəcək.
“Turan Tovuz” daha əvvəl Türkiyənin “Keçiörengücü” (0:0) və “Çorum” (1:1) klubları ilə heç-heçə edib. Komanda avqustun 5-də isə Mərakeş təmsilçisi “Vidad”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin