“Turan Tovuz” bu gün Rumıniya klubu ilə qarşılaşacaq

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün ilk yoxlama görüşünü keçirəcək.

Komanda.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov komandasını Rumıniya klubu “Voluntari” ilə matçda sınayacaq.

Əlverişsiz hava şəraiti ilə əlaqədar dünən keçirilməyən və bu günə təxirə salınan qarşılaşma “Topkapı Sport Center”in meydanında təşkil olunacaq. Görüş saat 17:00-da start götürəcək.

“Turan Tovuz” yanvarın 15-də daha iki yoxlama oyunu keçirəcək. Tovuzlular həmin gün Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” komandaları ilə görüşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button