“Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu sabah davam etdiriləcək
Azərbaycan Premyer Liqasının 18-ci turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu təxirə salınıb.
Komanda.az bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir.
Buna səbəb 81-ci dəqiqədə matçın keçirildiyi Tovuz şəhər stadionunda işıq dirəklərindən birinin aşması olub. Güclü külək nəticəsində projektor qırıldığından, baş hakim Rəvan Həmzəzadə son dəqiqələrin oynanılmamasını qərara alıb. Dekabrın 24-də keçiriləcək görüşün qalan hissəsi saat 12:00-da başlayacaq.
Qeyd edək ki, oyun dayandırılarkən “Turan Tovuz” hesabda 2:1 öndə olub. Meydan sahiblərindən 5-ci dəqiqədə Xəyal Nəcəfov, 16 dəqiqədə penaltidən Bruno Qonçalves, qonaqlardan isə 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən İsmail Azzaui fərqləniblər.
Bizi Facebook-da izləyin