“Zirə” Qəbələdə qələbəyə sevindi

Avqustun 22-də Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları start götürüb.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Əvvəlcə Şamaxıda “İmişli” “Neftçi” ilə üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb.

Günün son matçında Çempionlar Liqasında mübarizəsini davam etdirən “Qarabağ” “Sumqayıt”ı qəbul edib. Ağdam klubu bu görüşdə minimal hesabla məğlub olub.

Dünən daha bir oyun olub. İlk turda səfərdə “Sumqayıt”a bərbad oyunla uduzan (0:3) “Kəpəz” Qəbələdə debütant “Karvan-Yevlax”la qarşılaşıb. Gəncə təmsilçisi bu dəfə də meydanı xalsız tərk edib.

Turun daha iki oyunu bu gün keçirilib. Günün ilk matçında “Sabah” “Şamaxı”nın qonağı olub və çətin qələbəyə sevinib.

Günün ikinci görüşündə “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gəlib. Tovuz klubu bu görüşdə məğlubiyyətlə üzləşib.

Turun son oyunu bu gün keçirilib. “Zirə” Qəbələdə eyniadlı komandanın qonağı olub. Qarşılaşma “qartallar”ın qələbəsi ilə yekunlaşıb.

Azərbaycan Premyer Liqası, 2-ci tur

22 avqust

İmişli – Neftçi 0:0
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı şəhər stadionu

İmişli: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 11. Vüsal Qənbərov 3. Tuncay Yusifli 94. Rafael Vieqas 14. Ronaldo Rodriqes 6. Yau Moses 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Junior
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 44. Həzrət İsayev 27. Lətif Rzayev 30. Xəlil Mürsəlli 10. Nikola Karaklaiç
Baş məşqçi: Xorxe Kaskilya

Neftçi: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 77. Falaye Sako 6. Sessi D Almeyda 24. Mustafa Sek 5. İqor Ribeyro 9. Bassala Sambu 11. İmad Faraj 10. Freddi Varqas 23. Cordan Rezabala
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 17. Murad Xaçayev 7. Emil Səfərov 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 36. Həsən Mahmudov 14. Edvin Kuç 27. Kristian Kostin 22. Luis Ortis 28. Alessio Kurçi
Baş məşqçi: Samir Abasov

Qarabağ – Sumqayıt 0:1
Qol: Ronaldo Vaskes, 72.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”

Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 3. Semi Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade, 35. Pedro Bikalyo.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 6. Rauf Rüstəmli, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata.
Baş məşqçi: Saşa İliç.

23 avqust

Kəpəz – Karvan-Yevlax 2:3
Qollar: Məqsəd İsayev, 77. Vitor Feyjao, 90+6-pen – Coy Slayd Mikels, 38-pen. Qavi Tompson, 52. Kayl Spens, 89.
Hakimlər: Əli Əliyev, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə
VAR: Kamal Umudlu
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu

Kəpəz: 1. Kaçper Rosa, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 19. Otar Aptsiauri, 55. Kresus Donqo, 38. Cefferson Bentu, 6. Pedro Qomeş.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 27. Məqsəd İsayev, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 11. Vitor Feyjao.
Baş məşqçi: Adil Şükürov.
Karvan-Yevlax: 99. Pedro Mateuş, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 3. Said İranxan, 8. Peter Kinqs, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 15. Rəhman Şabanov, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 11. Kayl Spens, 21. İmani Barker.
Baş məşqçi: Azər Həşimov.

24 avqust

Şamaxı – Sabah 1:2
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
Şamaxı şəhər stadionu

Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 44. David Santos, 8. Alfons Msanqa
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov

Sabah: 92. Stas Pokatilov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 20. Coy Lens Mikels, 18. Pavol Safranko (k), 40. İqor Noqeyra, 3. Stiv Solvet, 13. İvan Lepiniça, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 6. Abdulax Xaybulaev, 88. Xəyal Əliyev, 80. Akim Zedadka, 70. Cesse Sekidika, 33. Umarali Raxmonaliyev
Baş məşqçi: Valdas Dambrauskas

Turan Tovuz – Araz-Naxçıvan 1:2
Qollar: Alexandro Serrano, 77-pen – Çarlz Boli, 38. Ba-Muaka Simakala, 52.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”

Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev (k), 2. Abdulla Rzayev, 5. Roderik Miller, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 77. Veysəl Rzayev, 9. Sadiq Şəfiyev, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos.
Baş məşqçi: Kurban Berdiyev.
Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 6. Patrik Andrade, 29. Vanderson Melo (k), 23. Nuno Rodriqes, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 34. Ürfan Abbasov, 14. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 7. Hamidu Keyta, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.

25 avqust

Qəbələ – Zirə 1:2
Qollar: Nicat Əliyev, 16 – Ceyhun Nuriyev, 31; 45+1.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Qəbələ şəhər stadionu

Qəbələ: 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 36. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Tsxadadze

Zirə: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 29. Ceyhun Nuriyev 4. Ruan Renato 9. Davit Volkov 10. Giorgi Papunaşvili 20. İssa Cibrila 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis
Ehtiyat oyunçular: 41. Anar Nəzirov 31. Eldar Tərlanov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 16. Fuad Bayramov 14. Elçin Əlicanov 26. Stefan Aka 28. Leroy Mikels 93. Brahim Konate 77. Yeqor Boqomolski 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button