“Turan Tovuz” antirekordunu təkrarlayıb

Premyer Liqanın 28-ci turunda “Qarabağ”ı qəbul edən “Turan Tovuz” antirekordunu təkrarlayıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın 1:4 hesabı ilə uduzması sayəsində mümkün olub.

Həmin nəticə Tovuz klubunun Premyer Liqadakı ən ağır ev məğlubiyyətinin təkrarıdır. Bunadək yalnız bir komanda səfərdə qərblilərə böyük hesabla qalib gəlmişdi. 2024-cü il aprelin 19-da “Sumqayıt” 4:1 hesablı qələbəyə sevinib.

“Turan Tovuz” həm də ev görüşündə buraxılan qol sayında antirekordunu təkrarlayıb. “Sumqayıt”dan sonra “Qarabağ” da Qərb səfərində 4 top vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button