“Turan Tovuz” Antalyada ilk, “Kəpəz” növbəti məşqə çıxdı
Bu gün Bələkdə təlim-məşq toplanışına başlayan “Kəpəz” günün ikinci hazırlığına meydanda çıxıb.
Komanda.az xəbər verir ki, əvvəlcə yüngül qaçışla məşqə start verən futbolçular daha sonra müxtəlif təmrinləri yerinə yetiriblər.
Ardınca pas kompleksləri üzərində çalışan komanda üzvləri hazırlıq prosesinə ikitərəfli oyunla yekun vurublar.
Xatırladaq ki, Türkiyəyə bu gün yollanan “Kəpəz”in Bələkdəki ilk məşqi fitnes zalında baş tutmuşdu.
Yeri gəlmişkən, bu gün Türkiyəyə gedən Premyer Liqamızın digər təmsilçisi “Turan Tovuz” da Antalya toplanışına start verib. Ayxan Abbasovun komandasının ilk məşqi meydanda baş tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin