“Turan Tovuz” Abulbəyli kəndində yeni baza inşa etdirəcək – FOTO

Martın 28-də Tovuz şəhər stadionunda yeni inşa olunmuş əsas korpus binasının açılış mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, bölgə klubu daha bir addım atıb. Belə ki, “Turan Tovuz” təlim-məşq bazası inşa etdirəcək. Həmin baza Tovuzun Abulbəyli kəndinin ərazisində yerləşəcək.

Burada üç meydana salınacaq ki, onlardan ikisinin təbii, birinin isə süni örtüklü olması gözlənilir. Tikinti işlərinə yayda start veriləcək.

“Turan Tovuz”un Müşahidə Şurasının rəhbəri Ehtiram Quliyev yeni binanın açılışından sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev və idman jurnalistləri ilə birlikdə həmin əraziyə yollanıb.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button