Turan Bayramov Avropa çempionu oldu
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı sona çatıb.
Komanda.az xəbər verir ki, qitə birinciliyinin altıncı günündə sərbəst güləş üzrə son 5 çəkidə mübarizəyə start verilib.
Turan Bayramov (74 kq) rəqiblərinə göz açmağa imkan verməyib. Gəncə güləş məktəbinin yetirməsi bütün rəqiblərinə vaxtından əvvəl qalib gələrək finala yüksəlib. Bayramov sırayla bolqarıstanlı Nikolay Dimitrovu (11:0), fransalı Maqamed Deliyevi (11:0) və rumıniyalı Kriştian Bironu (10:0) tam üstünlüklə məğlub edib. Turan finalda moldovalı Vasile Diakonla qarşılaşıb. Sonuncu xal prinsipinə əsasən (1:1) rəqibinə qalib gələn Bayramov Avropa çempionu olub.
Fərid Cabbarov (86 kq) debütdə ermənistanlı Knyaz İboyana məğub olub – 5:7. Güləşçimiz təsəlliverici görüşdə moldovalı İvan İçizliyə uduzub – 3:6.
Abdulcəlil Şabanov (97 kq) 1/4 finalda Şimali Makedoniya təmsilçisi Recep Haydarini (7:5) mübarizədən kənarlaşdırsa da, gürcüstanlı Andro Marqişviliylə bacarmayıb – 13:23. Şabanov bürünc medal uğrunda ermənistanlı Sergey Sarqsyanla güləşib və son saniyədə qələbəni əldən verib – 5:8.
Bizi Facebook-da izləyin