“Hər dəfə iki qol vuranda İnzaqi məni əvəz edir!”

“İnter”in hücumçusu Markus Türam UEFA Çempionlar Liqasında bir matçda dörd qol vura biləcəyinə inanmır.

Milan klubunun hazırkı baş məşqçisi Simone İnzaqi 2000-ci ilin martında, “Latsio”da çıxış edən zaman Çempionlar Liqasında “Marsel”lə matçda 4 qol vurmuşdu.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, fransalı futbolçu bunu bilmədiyini söyləyib:

“Simone İnzaqi Çempionlar Liqasının bir oyununda 4 qol vurub? Mən bunu bilmirdim. Eyni şeyi edə biləcəyimi düşünmürəm. Hər dəfə iki qol vuranda o, məni əvəz edir!”

27 yaşlı Türam oktyabrda A Seriyasında “Torino” ilə oyunda het-trik edib, pokerə yaxınlaşdığı halda 68-ci dəqiqədə əvəzlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button