Turalla Vüqar oynadı, “Dauqavpils” yenə uduzdu
Futbol üzrə Latviya çempionatında 18-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Yelqava” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Azərbaycanlı futbolçulardan ikisi – Turalla Vüqar da bu matçın iştirakçısı olub. Onlar start heyətdə meydana çıxıblar və sonadək mübarizə aparıblar.
“Dauqavpils” hazırda 19 xalla 9 komanda arasında 7-ci pillədə qərarlaşıb. Vüqar isə cari mövsümdə vurduğu 7 qolla çempionatın ən yaxşı üç bombardirindən biridi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin