Turabovun yoxluğunda “Biliş” xal itirdi
Futbol üzrə Albaniya çempionatında 7-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Laçi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Eltun bu görüşün iştirakçısı olmayıb. Komandasının əsas heyət üzvü olan futbolçumuz ötən tur aldığı zədə səbəbindən bu qarşılaşmanı buraxmaq məcburiyyətində qalıb.
“Biliş” 7 turdan sonra 12 xalla 10 komanda arasında 1-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Albaniya klubu Turabovu “Sabah”dan icarəyə götürüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin