Turabovun komandası yenə məğlub oldu
Futbol üzrə Albaniya çempionatında 19-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Teuta” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Xeyli müddətdi zədədən əziyyət çəkən Eltun bu görüşün iştirakçısı olmayıb.
“Biliş” 19 turdan sonra 30 xalla 10 komanda arasında 4-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Albaniya klubu Turabovu “Sabah”dan icarəyə götürüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin