Turabovun komandası xal itirsə də, zirvədə qaldı
Futbol üzrə Albaniya çempionatında 10-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Teuta” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Eltun bu görüşün iştirakçısı olmayıb. Zədədən yeni qayıdan futbolçumuz son turlarda olduğu kimi, bu oyunu da buraxmalı olub.
“Biliş” 10 turdan sonra 17 xalla 10 komanda arasında 1-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Albaniya klubu Turabovu “Sabah”dan icarəyə götürüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin