Tunis millisinin üzvü Super Liqa klubunda
Türkiyənin “Yeni Malatyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunun müdafiəçisi Ussama Haddadini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Ussama Haddadi karyerasına Tunisin “Klub Afrikan” komandasında başlayıb. 2017-2019-cu illər aralığında isə o, Fransanın “Dijon” klubunun uğurları üçün çalışıb. 2019-cu ildən “Əl-İttifaq”da çıxış edən müdafiəçi, geridə qalan mövsümü icarə əsasında Türkiyənin “Kasımpaşa” klubunda keçirib.
Haddadi həm də Tunis milli komandasının üzvüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin