Mərakeşli futbolçu üçün mövsüm bitdi
“Tuluza”nın hücumçusu Zakaria Abuhlal bu mövsüm aldığı zədəyə görə heç bir oyunda iştirak edə bilməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 2023-cü ildə keçiriləcək Afrika Millətlər Kubokunu da buraxacaq.
Fransa klubu rəsmi saytında mərakeşli futbolçunun Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda, “Union”la qarşılaşmada (1:1) dizindən zədə aldığı üçün əməliyyat olunduğunu açıqlayıb.
23 yaşlı hücumçu bu mövsüm bütün yarışlarda 6 oyuna çıxıb və 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin