Azərbaycan millisinin üzvlərinə danışılmış oyunlardan danışdılar
Tükiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
Seminar iştirakçılarına İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsi haqda məlumat verilib.
Bizi Facebook-da izləyin