
Tudorun “Yuventus”la müqaviləsinin detalları bəlli olub
“Yuventus”un baş məşqçisi İqor Tudor komandanı UEFA Çempionlar Liqasına daşıdığı üçün onun müqaviləsinin müddəti avtomatik uzadılıb.
Turin təmsilçisi A Seriyasının son turunda “Venesiya” üzərində 3:2 hesablı qələbə qazanaraq, turnir cədvəlində 4-cü yeri tutub. Bu nəticə Tudorun müqaviləsindəki avtomatik uzadılma şərtini işə salıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssislə yeni müqavilə 2026-cı ilin yayına qədər qüvvədə olacaq. Ancaq razılaşmada vacib bir nüans da yer alıb. “Yuventus” istədiyi vaxt bu əməkdaşlığa birtərəfli şəkildə son qoya bilər.
Tudor martda istefaya göndərilən Tiaqo Mottanı əvəz etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



