Tudor “Yuventus”a, Zidan “Marsel”ə?
Fransanın “Marsel” klubu “Real”ın sabiq çalışdırıcısı Zinəddin Zidanı baş məşqçi təyin etməkdə maraqlıdır.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Məlumatda bildirilir ki, Zidan yeni iş axtarmağa davam edir. Fransalı mütəxəssisin nəzərdən keçirdiyi variantlar arasında “Yuventus”, PSJ və “Real” klubları var.
Komandanın hazırkı baş məşqçisi İqor Tudor “Yuventus”un “sükanı arxasına” keçmək təklifini qəbul edərsə, “Marsel” Zidanın namizədliyi ilə maraqlana bilər.
Daha əvvəl bildirilmişdi ki, “Real” Zidanı baş məşqçi postuna qaytarmağı düşünmür və klub prezidenti Florentino Peres hazırda komandanı çalışdıran Karlo Ançelottiyə güvənir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin