
Tudor: “Vlahoviçə olan münasibət çox üzücüdür”
“Yuventus”un baş məşqçisi İqor Tudor azarkeşlərin komandanın hücumçusu Duşan Vlahoviçə münasibətindən məyus olub.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, bunu deyib:
“Vlahoviç “Yuventus”un oyunçusu olaraq qalır, ona olan bu münasibət çox üzücüdür. O, çox məşq edir. Son oyunda o, hamı kimi yaxşı iş gördü”.
Duşan Vlahoviç bu yay Turin klubunu tərk edə bilər. Serbiyalı futbolçunun müqaviləsi gələn il başa çatır və İtaliya klubunun rəhbərliyi onu azad agent kimi itirmək istəmir.
“Yuventus” son olaraq gənclər komandası ilə yoxlama oyunu keçirib. Əsas komanda 2:0 hesabı ilə qalib gəlib və qollardan birini Vlahoviç vurub. Qol vurmasına baxmayaraq, azarkeşlər forvardı fitə basıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin