Tudor: “Real”la matç bizim üçün turnirdəki əsas oyundur”

“Yuventus”un baş məşqçisi İqor Tudor Klublararası dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində “Real”la keçiriləcək qarşılaşma öncəsi fikirlərini bölüşüb.

Komanda.az Turin klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatiyalı çalışdırıcı oyuna hazır olduqlarını bildirib:

“Bu, böyük bir komanda ilə qarşılaşma olacaq. “Real” bu cür turnirlərdə çox güclüdür, ancaq biz də hazırıq. “Yuventus” növbəti mərhələyə keçmək istəyir. Hər kəs “Real”ı məğlub etməyə çalışır və biz də bunu sınayacağıq. Bu, bizim üçün turnirdəki əsas oyundur”.

“Yuventus” – “Real” qarşılaşması bu gün saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button