
Tudor italiyalı futbolçunun satılmasına razı olmayıb
“Yuventus”un baş məşqçisi İqor Tudor klub rəhbərliyinə Fabio Mirettinin satılmasına icazə verməyib.
Komanda.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi ilə “Napoli” maraqlanırdı və son vaxtlar iki klub arasında danışıqlarda irəliləyiş olduğu bildirilirdi. Ancaq Tudor onun yay hazırlıq mərhələsindəki çıxışından çox razı qalıb və Mirettini qarşıdakı mövsümdə əsas heyətdə görmək istəyir.
Xorvatiyalı mütəxəssis satışa yalnız bir halda razı ola bilər: “Yuventus” onun yerini tutacaq yeni yarımmüdafiəçi transfer etsə.
İtaliyalı futbolçu son mövsümü “Cenoa”da icarədə keçirib, onun “Yuventus”la müqaviləsinin müddəti isə 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin