Mourinyo ilə tərcüməçi arasında maraqlı hadisə
“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo “tualet” və “alatoranlıq” sözlərini qarışdırdığı üçün tərcüməçini zarafatla vurub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı alaqaranlıq zonasından danışsa da, tərcüməçi bunu “tualet” olaraq çevirib.
Mourinyo gülümsəyərək, düzəliş edib və zarafatla tərcüməçinin çiyninə vurub:
“Tualet deyil, adam! Alatoranlıq!”
“Fənərbaxça” Mourinyonun rəhbərliyi altında Super Liqada 21 matçdan sonra 51 xalla lider “Qalatasaray”dan 3 xal geri qalır. “Cim-bom”un ehtiyatda bir oyunu var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin