
Tsxadadze: “Bəxtimiz gətirmədi”
“Qəbələ” bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunun sonuncu matçında “Sabah”ın qonağı olub.
Komanda.az xəbər verir ki, oyundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı çalışdırıcı 0:1 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Oyunçularıma təşəkkür edirəm, yaxşı çıxış etdilər. Bəxtimiz gətirmədi. Əminəm ki, qarşıdakı oyunlarda nəticə mütləq gələcək. Oyunumuz olmasa, düşünərəm ki, ciddi addımlar atmaq lazımdır. Oyunumuz var və mütləq nəticə də gələcək. Yaxşı çıxış etdiklərinə görə futbolçularıma bir daha təşəkkür edirəm. “Sabah”ı da qələbə münasibətilə təbrik edirəm”.
“Qəbələ” növbəti turda evdə “Sumqayıt”la qarşılaşacaq.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


