
“Guya Aleksander-Arnold “Liverpul”u tərk etsə, dünya dağılacaq” – Sabiq futbolçu
“Mançester Yunayted”in sabiq kapitanı Roy Kin, “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnoldun mümkün gedişi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, Aleksander-Arnoldun transferinin bu qədər müzakirə olunması irlandiyalı keçmiş oyunçuya aydın deyil:
“Mənə aydın deyil ki, niyə Trentin transferi elə müzakirə olunur, guya o, “Liverpul”u tərk etsə, dünya dağılacaq. Şübhəsiz, o, yaxşı futbolçudur, amma klub onun yerini doldura biləcək birini tapacaq. “Liverpul”u Trentin özü ilə müqayisədə daha yaxşı futbolçular da tərk edib. Amma bundan sonra da hər şey qaydasında olub”.
Əvvəlki məlumatlara görə, ingiltərəli müdafiəçi yayda azad agent kimi “Real”a keçə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



