
“Real”ın müdafiəçisinin qayıdacağı vaxt məlum olub
“Real”ın müdafiəçisi Trent Aleksander-Arnoldun sıraya nə vaxt dönəcəyi məlum olub.
İngiltərəli futbolçu arxa bud əzələsindən aldığı zədə səbəbindən meydana çıxmır.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Trentin milli komandaların oyunları üçün ayrılacaq fasilədən sonra qayıdışı gözlənilir.
O, La Liqa çərçivəsində oktyabrın 19-da keçiriləcək “Xetafe” ilə matça hazır ola bilər.
Aleksander-Arnold yay transfer pəncərəsində “Liverpul”dan “Real”a keçib. O, cari mövsümdə ölkə çempionatının 4 oyununda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



