“Trenti “Real”da uğur gözləyir” – Keçmiş futbolçu

Keçmiş futbolçu Pol Qaskoyn “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnoldun “Real”a potensial transferi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli sabiq futbolçuya görə Arnoldu uğur gözləyir:

“Onu “Real”da uğur gözləyir. Belə də olacaq. Çud Bellingemin Madriddə qazandığı uğuru hamı gördü. O, Avropa çempionatında o qədər də faydalı olmasa da, milli komandada yaxşı oynayır. Onun “Real”dakı çıxışına baxdım, inanılmaz idi”.

Trent 2016-cı ildən “Liverpul”da çıxış edir. Tərəflər arasındakı müqavilə 2025-ci ildə başa çatacaq. O, İngiltərə Premyer Liqasının cari mövsümündə 7 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button