
Sabiq futbolçudan “Real”a keçməyə yaxın olan oyunçuya məsləhət
İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Stiv Makmanaman “Liverpul”un futbolçusu Trent Aleksander-Arnoldun “Real”a mümkün transferi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli sabiq futbolçu, Trent “Real”a keçərsə, etməli olduğu ilk şeyin ispan dilini öyrənmək olduğunu bildirib:
“Trent “Real” keçərsə, onun etməli olduğu ilk şey ispan dilini öyrənməkdir. Bu, təkcə klubla bağlı deyil, həm də şəhər haqqındadır. Onlar orada ingiliscə çətinliklə danışırlar”.
26 yaşlı müdafiəçi 2016-cı ilin yayından “qırmızılar”da çıxış edir. Onun müqaviləsi 2025-ci ilin iyunun sonuna kimidir. O, İngiltərə çempionatının cari mövsümündə 28 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



